Altı ölkənin yüksəkçinli zabitləri Azərbaycandakı XTQ təlimlərində - FOTO - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət qurumlarının rəhbər heyəti, eləcə də Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Tacikistanın bir qrup yüksəkçinli zabitləri ölkəmizdə keçirilən "Qafqaz Qartalı - 2024" birgə təlimi çərçivəsində təşkil olunan "Yüksək səviyyəli Müşahidəçi Günü"ndə iştirak ediblər.
Bu barədə Avtosfer.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimin gedişi barədə məruzə olunduqdan sonra aviasiya vasitələrinin dəstəyi ilə xüsusi təyinatlılar müxtəlif tapşırıqları icra ediblər.
Yüksəksəviyyəli qonaqlar Azərbaycan, Türkiyə və Gürcüstanın təlimdə iştirak edən xüsusi təyinatlılarının fəaliyyətlərini izləyiblər.
Tədbirin sonunda general-polkovnik Zakir Həsənov "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçıları ilə görüşüb.
Müdafiə naziri peşəkar ordunun formalaşmasında Xüsusi Təyinatlı Qüvvələrin mühüm əhəmiyyətə malik olmasından danışıb. Hərbi qulluqçuların peşəkarlığının daha da artırılması, qarşılıqlı təcrübə mübadiləsi, həmçinin regionda sülhün və sabitliyin təmin olunması məqsədilə bu cür birgə təlimlərin keçirilməsinin vacibliyini xüsusi vurğulayıb. Ümumilikdə, təlimin gedişatını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR



























