ASGA nazirliyin dəstəyi ilə "AzeArt" adlı MOBİL TƏTBİQ YARADACAQ

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Mədəniyyət Nazirliyinin dəstəyi ilə "AzeArt" adlı mobil tətbiq yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib.
S.Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib:
"AzeArt" Mobil tətbiqin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaq. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur. Layihə çərçivəsində 2 dildə hazırlanacaq mobil tətbiqin bir ilk olacağını nəzərə alsaq qısa zamanda onlarla insan tərəfindən yüklənəcək. Bundan başqa ölkəmizə gələn turistlər üçün bu tətbiq əvəzolunmaz alət kimi istifadə ediləcək. Layihəmizi dəstklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik. Üç aylıq layihə çərçivəsində hazırlanacaq tətbiqin həm Bakıda, həmdə Mingəçevirdə geniş təqdimatı keçiriləcək. Ümid edirəm yaradacağımız tətbiq olduqca faydalı və əhəmiyyətli olacaq”.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












