Avtobus zolaqlarına bu saatlarda girmək mümkün olacaq – AÇIQLAMA - VİDEO

Son günlər İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər, artırılan cərimələr sosial şəbəkə istifadəçiləri, eləcə də sürücülər arasında müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən, avtobus və velosiped zolaqlarına daxil olan sürücülər 2 bal və 100 manat məbləğində cərimələnirlər:
“Müxtəlif küçələrdə avtobus zolaqları günün 24 saatı hərəkət üçün qapalıdır. Yəni, digər nəqliyyat vasitələrinin hərəkəti bu hissədə qadağan edilib. Lakin bəzi küçələrdə avtobus zolağında hərəkətə icazə verən müxtəlif löhvələr var. Məsələn, səhər saat 07:00 – 10:00, 15:00 – 17:00 qədər müəyyən saatlarda giriş imkanları mövcuddur. Hərəkətin bu formada təşkili onunla bağlıdır ki, pik saatlarda ictimai nəqliyyat rahat və təhlükəsiz hərəkət edə bilsin, yəni zolağa başqa nəqliyyat vasitələri daxil olmasın. Ona görə də biz mütləq o löhvələrə baxmalıyıq ki, qeyd edilən saatlarda zolağa daxil ola bilək.”
Elməddin Muradlı avtobus zolaqları ilə bağlı müəyyən təkliflərin də olduğunu diqqətə çatdırıb. “Avtobus zolaqlarının gecə saat 12-dən sonra əhəmiyyəti sorğulanmalıdır. Əgər gecə 12-dən sonra ictimai nəqliyyat işləmirsə, avtobus zolaqlarının nə əhəmiyyəti qalır? Bu məsələni qaldırmışıq və ümid edirik ki, aidiyyatı qurumlar gecə saat 12-dən sonra avtobus zolağında hərəkətin qadağan olunması mövzusunu bağlayıb bir kənara qoyacaqlar”.
Qeyd edək ki, bu mövzuda videomaterial “GWM Tank” avtomobillərinin sponsorluğu ilə sizə təqdim edildi. Xatırladaq ki, “Tank 500” Babək prospektində yerləşən “Haval” avtosalonunda satışdadır. 2023-cü il buraxılışı 83900, 2024-cü il buraxılışı isə 87900 manata təklif olunur. “Standart zəmanət paketi” ilə siz 5 il 150 min kilometr, hibrid hissəsinə isə 8 il müddətinə zəmanət əldə edirsiniz. “Tank500” sizi gözləyir.
Hülya
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












