AYNA: Bakının bəzi küçələrində hərəkət yenidən təşkil ediləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsi arasında olan hissəsində hərəkətin təşkilinə dair təklif layihəsi hazırlayıb.
Avtosfer.az xəbər verir ki, bunu AYNA-nın Bakı regional idarəsinin müdiri Tərlan Səfərov bu gün keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bu çərçivədə Şəmsi Bədəlbəyli küçəsində mövcud hərəkət zolaqlarının ölçülərini standartlara uyğunlaşdırmaqla Elman Babaxanov (Süleyman Rüstəm) küçəsi ilə kəsişmədən Azadlıq prospektinədək hissədə, sol tərəfdə xüsusi hərəkət zolağının təşkili nəzərdə tutulur:
"Bundan başqa, Azadlıq prospektinin Füzuli küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsi arasında olan hissəsində mövcud hərəkət istiqamətinə əks istiqamətdə olmaqla xüsusi hərəkət zolaqlarının təşkili də planlaşdırılır. Bununla da Şəmsi Bədəlbəyli küçəsində sol tərəfdə xüsusi hərəkət zolağından Azadlıq prospektində əks istiqamətdə təşkil ediləcək xüsusi hərəkət zolağı vasitəsilə "28 May” metrostansiyası ətrafında yaradılacaq HUB-a və Füzuli küçəsinə, eləcə də HUB-dan Füzuli küçəsinə avtobusların birbaşa hərəkəti təmin ediləcək".
T. Səfərov əlavə edib ki, şəhərdə mobilliyin transformasiyası proqramında əsas prinsiplərdən biri nəqliyyatın və piyadaların hərəkət təhlükəsizliyinin təmin edilməsidir:
"Bu məqsədlə Azadlıq prospektinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişməsində hərəkət işıqfor vasitəsilə nizamlanacaq. Eyni zamanda, Azadlıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki mövcud mikromobillik zolaqlarının HUB daxilindəki mikromobillik yolları ilə əlaqələndirilməsi və mikromobillik vasitələri üçün yeni parklanma yerləri təşkil ediləcək".
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












