AYNA: "Sözügedən istiqamətdə üçzolaqlı hərəkətin təşkili məqsədəuyğun deyil" - VİDEO

Paytaxtın Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində yaşanan problemlə bağlı zolaqlar yenilənib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
"Mikayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsi ilə kəsişməsinə qədər olan hissəsində yolun həndəsi ölçüləri nəzərə alınaraq, üç hərəkət zolağı təşkil edilib. Lakin kəsişmə nöqtəsini keçdikdən sonra yolun eni nəzərə çarpacaq qədər azalır və həmin ərazidə üçzolaqlı hərəkətin davam etdirilməsi normativ texniki tələblərə uyğun deyil", - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, bu hissənin həndəsi xüsusiyyətləri yalnız iki hərəkət zolağının təhlükəsiz təşkili üçün imkan verir:
"Yol hərəkətinin təşkilinin baza prinsiplərinə əsasən, üçzolaqlı hərəkət axınlarını ikizolaqlı yola istiqamətləndirməklə yolun faktiki buraxıcılıq qabiliyyəti ilə zolaq sayı arasında uyğunsuzluq yaratmaq hərəkətin sabitliyi və təhlükəsizliyini pozduğu üçün yolverilməzdir. Bu səbəbdən sözügedən istiqamətdə üçzolaqlı hərəkətin təşkili həm texniki, həm də təhlükəsizlik baxımından məqsədəuyğun deyil".
Xatırladaq ki, daha əvvəl Baku TV-də yayımlanan "Necə olmalıdır?" verilişində sözügedən problem işıqlandırılmış və həll yolu səsləndirilmişdi.
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












