Azərbaycana 100-dən çox avtobusun gətirilməsi gözlənilir

Ötən il Bakı şəhəri üzrə 476 min sərnişin daşınıb ki, bu da 2023-cü illə müqayisədə 6 faiz artım deməkdir.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
Onun sözlərinə görə, 11 avtobus marşrutu üzrə 154 avtobus yenilənib.
“Gün ərzində fəaliyyət göstərən avtobusların orta sayı 2024-cü ildə 2160-a qədər artırılıb. Bakı şəhərində avtobus sayının 2800-ə çatdırılması nəzərdə tutulur. Həmçinin 165 ədəd elektrik avtobusu daşımalara cəlb edilib. Bu il özəl daşıyıcılar tərəfindən 100-dən artıq avtobusun gətirilməsi gözlənilir. Bakı şəhərində nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı isə 2023-cü illə müqayisədə 43 faiz artaraq təxminən 2000 ədədə çatdırılıb. Metronun “Koroğlu”, “Gənclik” və “28 May” stansiyası yaxınlığında Nəqliyyat Mübadilə Məntəqələri istifadəyə verilib. Bakı şəhərində təxminən 1766 parklanma məntəqəsi üzrə 22 min 995 parklanma yeri təşkil olunub”, - deyə o bildirib.
Tərlan Səfərovun sözlərinə görə, Bakı-Sumqayıt istiqamətində 4 marşrut açılıb: “Gün ərzində Bakıdan Sumqayıt və Saray istiqamətində təxminən 25 min sərnişin daşınır”.
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO












