Azərbaycana yeni sürət qatarları gətiriləcək

"Sərnişindaşımada əsas prioritetlərimizdən biri sərnişinlərə müasir, keyfiyyətli və təhlükəsiz xidmətlərin təqdim olunmasıdır. Əsas amalımız xidmət coğrafiyasının genişləndirilməsi deyil, eyni zamanda xidmət keyfiyyətinin artırılmasıdır".
Avtosfer.az xəbər verir ki, bunu bu gün Ucar və Ləkidə sürət qatarının yeni dayanacağının ayrılması ilə bağlı keçirilən mediaturda "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bunun üçün həm dünya standartlarına uyğunlaşmaq, həm qatarlarımızın, həm infrastrukturumuzun müasirləşdirilməsi istiqamətində işlər görülür:
"Bu strateji hədəfə uyğun olaraq İsveçrənin "Stadler" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq 10 ədəd sərnişin qatarının alınması hədəflənib. Bu qatarlardan 4-ü artıq bu gündən etibarən sərnişinlərin istifadəsinə verilib. Yerdə qalan 6 qatarımız isə bu ilin sonunadək ölkəyə çatdırılması planlaşdırılır. Nəqliyyatda mobilliyin təmin olunması məqsədilə öz hədəflərini yerinə yetirir. Bu gün istismara verilən qatarlarda da bu prinsiplər tam təmin olunub. Bu qatarlar müasir təhlükəsizlik sistemləri ilə, innovativ həllərlə təchiz olunub. Sərnişindaşımada həyata keçirilən işlərdən biri də rəqəmsallaşmanın aparılmasıdır".
R.Rüstəmov bildirib ki, bu istiqamətdə bir sıra yerinə yetirilən təşəbbüslər var:
"Onlara ödəniş sistemlərinə tam inteqrasiya, mobil tətbiqin istifadəyə verilməsi və digər xidmətlər daxildir ki, bütövlükdə bunlar sərnişindaşımada yeni xidmət standartının həyata keçirilməsinə imkan verəcək".
(oxu.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












