Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin danışması ilə bağlı 200 min dollarlıq QƏRAR

Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.
Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.
Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












