Azərbaycanda benzin və dizelin qiyməti artırıldı

Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Məlumata görə, Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.
Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olub.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.
Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
Yanacaq tariflərinin müəyyən hissəsi "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












