Azərbaycanda ilk: Bu kənddə velisoped zolağı çəkiləcək

Balakənin ucqar İtitala kəndində velisoped zolağı çəkilə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə Balakən Rayon İcra Hakimiyyəti başçısının İtitala kənd ərazi icra nümayəndəsi German Balayev Azərtac-a açıqlamasında deyib.
O, məktəblilərin və sakinlərin təhlükəsizlik zolağı ilə bağlı təkliflərindən xəbərdar olduqlarını bildirir:
“Uşaqların məktəbə velosipedlə gəlməsi təqdirəlayiq haldır. Həm vaxta qənaət olunur, həm də sağlamlıqdır. Ancaq son zamanlar yollarda maşınlar da çoxalıb. Ona görə də təhlükəsizlik baxımından yolun kənarlarında velosiped zolağı çəkməyi planlaşdırırıq. Növbəti ildə bununla bağlı müvafiq təşkilat və orqanlarla məsləhətləşmələr aparmaq istəyirik. Bu zolaqların olması velosiped sürənlərin təhlükəsizliyi üçün çox vacibdir”, – deyən kənd icra nümayəndəsi paytaxt Bakıda belə işlərin görülməsindən sonra onlarda da bu məsələnin aktuallaşdığını vurğulayıb.
Onun sözlərinə görə, kənd sakinlərinin velosipeddən istifadə etməyə üstünlük verməsi həm də havanın çirklənməsinin qarşısını alır.
Qeyd edək ki, İtitala kəndi ölkəmizdə ən çox velospedi olan yaşayış məntəqəsi kimi tanınır.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












