Azərbaycanda kiberdiplomatlar hazırlanacaq

Bu gün XRİTDX, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.
İmzalama bu gün keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində baş tutub.
Memorandumda Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinin yaradılması da nəzərdə tutulub.
İndiyədək kiberdiplomatiya sahəsində ABŞ, Çin, Rusiya, İsrail, Rumıniya, Estoniya və s. kimi ölkələr söz sahibi idilər.
Ötən il XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə regional təmsilçilik Azərbaycana verilib.
Artıq adı çəkilən Tvinninq Mərkəzində ölkəmizdə kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə təlimlər təşkil olunacaq.
Tvinninq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur. Beynəlxalq təlimçilər bu prosesə cəlb olunacaq. Həm yerli, həm də beynəlxalq diplomatlar, kibersəfirlər bu təlimlərdə və tədqiqatlarda iştirak edəcəklər.
“ICI Buxarest” də Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.
Xatırladıram ki, Rumıniya kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində fəal iştirak edən ölkələrdən biridir. Rumıniya, xüsusilə NATO və Avropa Birliyi çərçivəsində bu sahədə əhəmiyyətli rol oynayır. Ölkə NATO-nun Kiber Müdafiə sahəsində strateji tərəfdaşlarından biri kimi çıxış edir.
Bu baxımdan, düşünürəm ki, kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanın Rumıniya ilə əməkdaşlığı həm ölkədə bu sektorun inkişafına, həm də Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










