Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Azərbaycana artan beynəlxalq maraq fonunda açıq məlumat (open data) əsaslı müasir interaktiv xəritələrin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib.
Avtosfer.az xəbər verir ki, ekspertin sözlərinə görə, Azərbaycanın regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi fonunda ölkənin nəqliyyat, enerji və tranzit imkanlarını əks etdirən vahid rəqəmsal platformanın formalaşdırılması vacibdir.

Rauf Ağamirzəyev qeyd edib ki, belə interaktiv xəritələrdə neft və qaz kəmərləri, beynəlxalq hava limanları və hava dəhlizləri, dəniz limanları, multimodal logistika marşrutları, avtomobil magistralları, dəmiryol şəbəkəsi, yük dəhlizləri, həmçinin Orta Dəhliz və regional tranzit bağlantıları vahid sistem üzərindən təqdim olunmalıdır.
Hazırda internetdə mövcud olan xəritələrin əksəriyyəti müasir tələblərə cavab vermir. Onun sözlərinə görə, bir çox platformalarda məlumatlar köhnədir, yeni infrastruktur layihələri əks olunmur, adlandırmalar aktual deyil və vizual təqdimat kifayət qədər funksional hesab edilmir.
Açıq məlumat əsaslı rəqəmsal xəritələrin yaradılması həm investorlar, həm logistika şirkətləri, həm də beynəlxalq tərəfdaşlar üçün vacib informasiya mənbəyi ola bilər. Bununla yanaşı, belə platformalar Azərbaycanın tranzit potensialının beynəlxalq səviyyədə daha effektiv təqdim edilməsinə də imkan yaradar.
Ekspertin fikrincə, daim yenilənən, çoxdilli və analitik imkanlara malik rəqəmsal xəritə ekosisteminin yaradılması ölkənin nəqliyyat və logistika sahəsində mövqeyinin daha da güclənməsinə töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












