Azərbaycanda sürücülük vəsiqələrində YENİLİK - AÇIQLAMA - YENİLƏNİB

"Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur".
Bunu sorğuya cavab olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
"Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir", - deyə M.Ağayev əlavə edib.
15:36
***
Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.
Avtosfer.az xəbər verir ki, artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün gözünün zəif olduğunu bildirir.
Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.
(oxu.az)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












