“Azərişıq” Ağdamda yenidənqurma işlərini davam etdirir - FOTO - VİDEO

İşğaldan azad edilən bütün regionlarda olduğu kimi “Azərişıq” ASC Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir.
Avtosfer.az xəbər verir ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.
Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.
Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.
Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.
Qeyd edək ki, Azərişıq” ASC ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR
Prezident sərəncam imzaladı - 1 milyon ayrılacaq
Sürücülərə ŞAD XƏBƏR: Deputat təklifləri AÇIQLADI
Azərbaycanda tramvaylarla bağlı YENİ QƏRAR
Sürücülərin NƏZƏRİNƏ: Yol nişanları ilə bağlı dəyişiklik edilir
Onlardan sürücülük vəsiqəsi tələb olunacaq
Azərbaycanda yeni agentlik yaradıldı - Prezidentdən FƏRMAN
Bakıda iki ünvanda minib-düşmə yeri yaradıldı - FOTO
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Prezidentdən deputatla bağlı SƏRƏNCAM
Daha 3 ünvanda minib-düşmə yeri yaradıldı - FOTOLAR



















