“Azərpoçt” kart sahiblərinin “Google Pay”lə ödəniş etməsi mümkün olub

“Azərpoçt” ötən illərdə olduğu kimi, bu il də rəqəmsal həllərə yönəlik innovativ xidmətlər təklif etməkdə davam edir.
Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, “MilliKart” MMC tərəfindən təqdim olunmuş platforma üzərindən “Azərpoçt”un kart sahibləri ödəniş kartlarını “Google Wallet”ə əlavə etməklə ödənişlərini təmassız şəkildə həyata keçirə bilərlər. Bununla da istifadəçilərin kartları özləri ilə daşımasına ehtiyac qalmır.
Qeyd edək ki, “Google Pay” elektron ödəmə sistemi olub, ödənişləri təmassız və sürətli şəkildə həyata keçirməyə imkan verən xidmətdir.
Müştərilər bu xidmətdən müxtəlif ticarət və iaşə obyektlərində mobil telefonlarını pos-terminala yaxınlaşdıraraq ödənişlərini saniyələr içində edə bilərlər. Əlavə olaraq, “Google Pay” onlayn alış-veriş üçün də çox rahat ödəniş vasitəsidir.
Kartların təhlükəsiz şəkildə “Google Wallet”də saxlanılması, həmçinin həmin tətbiq vasitəsilə xərclərə nəzarət etmək imkanının olması da xidmətin əlçatanlığını təmin edir.
Onu da qeyd edək ki, müasir texnologiyanın tətbiqi “Azərpoçt”da biznes proseslərini asanlaşdırmağa, informasiyanın ötürülmə sürətini artırmağa xidmət göstərir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












