Bakıda zibillər yeni texnika və velosipedlərlə daşınacaq - FOTO

Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib. Ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər. Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır.
Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır. Lakin təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlər, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhəri çirkləndirir. Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizliyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












