Bakıda nəhəng piyada zonası yaradılacaq

Bakıda Səməd Vurğun küçəsi ilə Filarmoniya bağını birləşdirəcək nəhəng piyada zonası yaradılacaq.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin (AYNA) sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağının ətrafında həyata keçirilib, hazırda isə bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib: “Hazırda belə zonanın yaradılması metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir”.
Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılmasına gəlincə, AYNA-nın sədri bildirib ki, bu, Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərinin çəkilməsi və onların İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq: “Bütün bunlar Bakıda mobilliyin və piyada zonalarının daha da inkişaf etdirilməsinə töhfə verəcək.
Turizm aspektindən danışsaq, Əziz Əliyev küçəsinin piyada zonasına çevrilməsi və İçərişəhərin sakinlərin avtomobilləri istisna olmaqla nəqliyyat vasitələri üçün bağlanması turistlərin marağını artıracaq, ziyarətçi axınının çoxalmasına əlverişli şərait yaradacaq”.
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI











