Bakıda sökülən məşhur obyektlərin yerində bu layihə olacaq - FOTOLAR

Bakının Nərimanov rayonu ərazisində yerləşən məşhur “Şuşa” restoranı və ətrafındakı bir sıra obyektlər sökülür.
Avtosfer.az-ın məlumatına görə, sökülən ərazidə böyük layihə gerçəkləşdiriləcək.
Bu, ADA Universitetinin baş planı əsasında həyata keçiriləcək.
Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə yerləşən Şəhriyar parkında da yenidənqurma işləri aparılacaq. Parkın yay aylarında sakinlərin istifadəsinə veriləcəyi gözlənilir.
Məlumat üçün bildirək ki, park ərazisi uzun müddətdir restoranların şəxsi məqsədləri üçün istifadə edilirdi. Bu layihə nəticəsində isə abadlaşaacaq park ərazisində həm böyüklərin, həm də uşaqların əyləncəli vaxt keçirməsi üçün bütün imkanlar yaradılacaq.
Eyni zamanda, ADA universitetinin kampusunda yerləşən və öncədən təməli qoyulan İtaliya-Azərbaycan Universiteti də burada fəaliyyət göstərəcək. Əldə etdiyimiz məlumata görə, universitetin inşası yekunlaşmaq üzrədir və təmir işləri aparılır. Bu il ali təhsil ocağının açılış mərasimi keçiriləcək.
Layihədə 4 nömrəli şəhər poliklinikasının da tarixi binasının bərpası nəzərdə tutulub. Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının da Şəhriyar Parkına köçürülməsi təklif olunur.






















İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












