Bakıda yeni layihə icra olunur - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər 1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5.5 km izafi nəqliyyat yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.
Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.
Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.
Tətbiq ediləcək dəyişikliklər barədə videoçarxda tanış ola bilərsiniz:
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












