BNA yenilik etdi; bu küçələrdə problem həll edildi, sürücülərin işi asanlaşdı - VİDEO

Bakının Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində yol hərəkət təhlükəsizliyi artırılıb. Bu barədə Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Bildirilir ki, paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində daha öncədən aparılan araşdırmalar zamanı Sabunçu rayonu Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsində qeyd olunan nəqliyyat problemləri aşkar edilib:
- kəsişmədə hərəkətin svetoforlar vasitəsilə tənzimlənməməsi nəticəsində axınlar arasında mübahisəli nöqtələrin mövcudluğu;
- kəsişmənin hərəkəti buraxma qabiliyyətinin aşağı, nəqliyyat intensivliyinin isə yüksək olması səbəbindən tıxac və sıxlıq hallarının yaranması;
- piyada infrastrukturunun olmaması.
Həyata keçirilmiş dəyişikliklər nəticəsində Yavər Əliyev və Səməd bəy Mehmandarov küşələrinin kəsişməsində svetofor obyektləri quraşdırılıb, eyni zamanda Nazim İsmayılov və Yavər Əliyev küçələrinin kəsişməsindəki svetofor obyektləri ləğv edilib.
Qeyd edilib ki, Yavər Əliyev və Səməd bəy Mehmandarov küçələrinin kəsişməsindəki mübahisəli nöqtələr aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin edilib və yol hərəkəti təhlükəsizlik səviyyəsi artırılıb, tıxac və sıxlıq hallarının baş vermə ehtimalı azaldılıb, təşkil edilmiş nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların, xüsusilə yaxınlıqdakı avtobus dayanacaq məntəqələrindən və Bakıxanov Dəmir Yol Stansiyasından istifadə edən piyadaların təhlükəsizliyi maksimum həddə çatdırılıb.
Xatırladaq ki, svetoforun fəaliyyətinin təkmilləşdirilməsi üzərində mütəxəssisər tərəfindən işlər aparılır və svetofor hazırda test rejimində fəaliyyət göstərir.
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO












