Baş prokurorluqda yeni TƏYİNATLAR - FOTO

Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Ədilə Əfəndiyeva, Nigar Hüseynquliyeva və Gültac İsgəndərli Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları təyin olunub.
Avtosfer.az bildirir ki, qeyd olunan şəxslərin prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı, işgüzarlığı, bilik və bacarığı nəzərə alınmaqla onlar vəzifədə irəli çəkilib.
Məlumat üçün bildirilir ki, bu təyinata qədər Ədilə Əfəndiyeva Bakı şəhər prokurorluğunda şöbə prokuroru, Nigar Hüseynquliyeva Şirvan şəhər prokurorunun köməkçisi, Gültac İsgəndərli isə Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsində çalışıb.
Prokurorluq orqanlarında islahatlar davam etdirilərək gender bərabərliyi nəzərə alınmaqla gənc, peşəkar və savadlı kadrların komplektləşdirilməsi bundan sonra da həyata keçiriləcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR













