Bu marşrut xətti üzrə avtobuslar yeniləndi - FOTO

Bu gündən 71 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yenilənib.
Avtosfer.az xəbər verir ki, xətt üzrə keçirilən müsabiqədə qalib olmuş “Xaliq Faiqoğlu” MMC xidmət göstərməyə başlayıb.
Metronun “Azadlıq prospekti” stansiyasını “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili marşrut üzrə “Golden Dragon” markalı müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan avtobuslar fəaliyyət göstərir.
Şirkətdən bildirilib ki, hazırda marşrut üzrə ümumilikdə 10 avtobus 8-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmət göstərir. Yaxın günlərdə avtobusların sayı 12-yə çatdırılacaq və interval bir qədər azaldılacaq.
Xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə görülən tədbirlər sərnişinlər tərəfindən məmnuniyyətlə qarşılanıb.

Skuter sürənlərə VACİB XƏBƏR: Dəbilqə qadağası GƏLİR
Yeni nazir təcili yardım maşınları ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR VERDİ - NƏ BAŞ VERİR ?
Sürücülərin diqqətinə! - Bakıda ilk dəfə bu svetaforlar quraşdırılır - FOTO
Bakının bu ərazilərində avtomobil sürmək pullu olacaq - Siyahı açıqlandı
“Qələbə” dairəsində nəqliyyat sıxlığı aradan qaldırıldı - FOTO - VİDEO
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO











