Çindən Türkiyəyə yeni yük qatarı marşrutu açılıb

Çindən Orta Dəhliz vasitəsi ilə Türkiyəyə yeni yük qatarı marşrutu istifadəyə verilib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, Çinin ən inkişaf etmiş bölgələrindən olan Ciansu əyalətinin paytaxtı Nankin şəhərindən iyunun 28-də ilk yük qatarı Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan - Gürcüstan vasitəsi ilə Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Yeni marşrutun operatoru olan “Nanjing International Freight Train” şirkətinin açıqlamasında deyilir ki, qatar məişət əşyaları və gündəlik tələbat malları yüklənmiş 110 konteynerdən ibarətdir.
Şirkətin məlumatına görə, il ərzində Nankindən Türkiyə, Rusiya, Belarus, Polşa və Almaniyaya 100-dən çox yük qatarı yola salınıb. Bu, ötən illə müqayisədə 70 faiz çoxdur.
“Çin dəmir yolu qrupu” Çin - Avropa qataraları üçün 87, Çin - Asiya qataraları üçün 39 marşrut müəyyən etdiyini, Transxəzər beynəlxalq nəqliyyat dəhlizi boyunca Çin - Avropa və Çin - Asiya qatarlarının hərəkətini təşkil etmək üçün səylərini artırdığını açıqlayıb. Bundan əlavə, Çin - Avropa qatar cədvəli genişləndirilib.
Qeyd edək ki, Çindən Avropaya və əks istiqamətdə hərəkət edən yük qatarlarının sayında son vaxtlar ciddi artım müşahidə olunur. Cari ilin birinci rübündə Çinlə Avropa arasında yükdaşımalar həyata keçirən qatarların sayı 10 faiz çoxalaraq 6184-ə çatıb. Bununla da 2011-ci ildə başlanan Çinlə Avropa arasında dəmir yolu ilə yükdaşımada rəqəmlər indiyədək 90 mini ötüb. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra şimal xətti üzrə dəmir yolu marşrutlarında yaranmış çətinliklər, habelə Qırmızı dənizdəki təhlükəsizlik problemləri logistika şirkətlərinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə - Orta Dəhlizə marağını əhəmiyyətli dərəcədə artırıb. Hazırda Mərkəzi Asiya - Xəzər dənizi - Azərbaycan – Gürcüstan - Qara dəniz üzərindən keçməklə Çindən Avropaya bir neçə marşrut üzrə multimodal yük daşımaları həyata keçirilir.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












