DGK: "Ağbənd" gömrük-keçid məntəqəsi ilə bağlı layihə razılaşdırma mərhələsindədir

Zəngilan rayonu ərazisində yerləşən "Ağbənd" gömrük-keçid məntəqəsi ilə bağlı layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Avtosfer.az xəbər verir ki, bunu açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tənzimlənməsi İdarəsinin rəisi Cəfər Quluzadə deyib.
O bildirib ki, DGK-nın gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və maddi-texniki təchizatın daha da artırılması istiqamətində kompleks tədbirlər planı var:
"Azərbaycanın tranzit cəlbediciliyinin artırılması ilə bağlı bir sıra gömrük sərhəd-buraxılış məntəqələrində yenidənqurma və bərpa işləri nəzərdə tutulub. Bütün bu işlərlə bağlı bir sıra layihələr hazırlanır. Bu layihələr aidiyyəti dövlət qurumları ilə müəyyən razılıq prosesindən keçməlidir və hazırda işlər bu mərhələdədir. Bəzi layihələr isə demək olar ki, hazırdır".
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə iki gömrük postu artıq fəaliyyət göstərir. Bunlar "Qazançı" və "Eyvazlı" gömrük postlarıdır.
(report)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












