Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolu təmir olunur - FOTO - VİDEO

Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işləri aparılır.
Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolun eni 12 metrə qədər genişləndirilir.
Artıq hissə üzrə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri görülüb. Texnoloji ardıcıllığa uyğun hazırda yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün alt layının döşənməsi işləri yerinə yetirilir.
Görülən işlərə paralel olaraq, yolboyu küvet və suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların tikintisi işləri icra olunur, artıq 43 suötürücü borunun tikintisi yekunlaşıb.
Layihə üzrə Astaraçay (243 km) və Ərçivançay (234.8 km) çayları üzərindəki körpülərdə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Pensərçay (221.3 km) və Ərçivançay (231.7 km) çayları üzərində mövcud körpülərin təmiri isə davam etdirilir. Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR



























