Facebook Messenger-də yeni funksiya əlavə edilib

Facebook Messenger-in səsli və videozənglərinə end-to-end şifrələnmə funksiyasını inteqrasiya etdiyini elan edib. Lakin istifadəçilər bu funksiyanı fərdi şəkildə aktivləşdirməli olacaqlar. Qeyd etmək laızmdır ki, Messenger-in mətnli mesajları end-to-end şifrələnmə özəlliyini hələ 2016-cı ildə əldə etmişdilər. İndi isə bu funksiya zənglər üçün də şamil olunub. Facebook bildirib ki, o bu funksiyanı zənglərə olan marağın artması fonunda daxil edir. Məlumata əsasən sosial şəbəkə gün ərzində Messenger-də 150 milyon videozəng qeydə alır. Whatsapp-da artıq end-to-end şifrələnməyə sahib zəngləri reallaşdırmaq mümkündür.
Bu halda zəngi reallaşdıran ilə zəngi qəbul edəndən başqa heç kim şifrələnmiş məlumatları əldə edə bilmir. Bununla yanaşı Facebook yazılı mətnlərin sahib olduqları bir funksiyada dəyişiklik edib. Məlumdur ki, Messenger-də avtomatik olaraq silinən mesajlar özəlliyi mövcuddur. İstifadəçi mesajın silinmə müddətini təyin edə bilir və əvvəllər seçimlərdə 1, 15 dəqiqə və 1, 4 və 24 saat mövcud idi. İndi isə istifadəçi 5 saniyə zaman intervalını təyin edə bilər. Qeyd etmək lazımdır ki, Instagram istifadəçiləri də end-to-end şifrələnmə özəlliyini tətbiqdə əldə edəcəklər.///technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












