Fəzail Ağamalı uşaq bağçası tikdirir? – SABİQ DEPUTAT ÖZÜ AÇIQLAMA VERDİ - FOTO

Paytaxtda keçmiş deputatla bağlı iddia sosial şəbəkələrin gündəmini zəbt edib.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda 120 mənzildən ibarət hündürmərtəbəli binanın həyətini zəbt edərək obyekt tikməyə çalışan sahibkar ərazidə yaşayan vətəndaşların narazılığına səbəb olub.
Belə ki, rayonun Möhsün Sənani küçəsində yerləşən hündürmərtəbəli binanın həyətinin bir hissəsinin keçmiş deputat Fəzail Ağamalı tərəfindən özəlləşdirildiyini və vətəndaşların gediş-gəliş yolunun üzərində, eləcə də, binanın həyətinə yanğınsöndürən və təcili tibbi yardım avtomobillərinin giriş-çıxışına mane olacaq şəkildə uşaq bağçası tikilməsi ilə bağlı paylaşım edilib.

Məsələ ilə əlaqədar, sabiq deputat Fəzail Ağamalı ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, qeyd olunan ünvanda illər əvvəl aldığı torpaq sahəsi var:
“Orada 10 il əvvəl torpaq sahəsi almışdım. İllərdir dövlətimə, millətimə xidmət edirəm. Deyirsiz, yəni deputatın bu qədər müddətdə 1-2 sot torpağı olmasın? Uşaq bağçası tikdirməklə bağlı deyilənlər isə yalandır. Böhtan atırlar. Orada heç bir tikinti işi aparılmır. Mənə aid olan torpağın ətrafındakı yol başqadır, o binanın yolu başqa. Heç kim də heç kimə mane olmur. Mən uzun müddət bu xalqa xidmət edib çəkilib bir kənarda dayanmışam. Pensiyamı alıb istirahətimi edirəm. Belə mövzuları qalmaqala çevirib məni narahat etməyin”.

Qeyd edək ki, Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı daha əvvəl “Buta” körpələr evinin direktoru olub. Deputat seçildikdən sonra uşaq bağçasının satışa çıxarıldığı elan olunmuşdu.
Səfər
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












