Gömrük tarifləri ilə bağlı dəyişiklik: Bu fəaliyyətlə məşğul olanlara güzəştlər təklif ediləcək – YENİLİK

2024-cü il dekabrın 24-də Prezident İlham Əliyevin fərmanı ilə “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, ötən ilin son həftəsi təsdiqlənən dəyişikliklərə əsasən, enerji sektorunda yaşıl texnologiyaların tətbiqi və ekoloji nəqliyyat vasitələrinin istehsalı ilə bağlı gömrük tariflərində yeni güzəştlər nəzərdə tutulub.
Mövzu ilə əlaqədar iqtisadçı ekspert Rəşad Həsənov saytımıza açıqlamasında bildirib ki, “Gömrük tarifi haqqında” qanuna edilən dəyişikliklərin qüvvəyə minməsi ilə bağlı fərman dekabrın 16-da təsdiq edilən həmin qanuna edilən düzəlişlərin tətbiqi ilə əlaqədar məsələləri əhatə edir:

“Dəyişikliklərə əsasən bir neçə mühüm məqam gözdən qaçmamalıdır. Birincisi, ümumilikdə tarif güzəştlərinin büdcəyə təsirlərinin qiymətləndirilməsi və effektivliyinin müəyyən edilməsi metodologiyası ilə bağlıdır. Bu məsələnin çərçivəsini və metodologiyasını müəyyən etmək Nazirlər Kabinetinə məhz son sərəncamla tapşırılıb”.
Rəşad Həsənov deyib ki, ikinci məqam 3 əsas istiqamət üzrə tarif güzəştləri ilə bağlıdır:
“Birincisi, dövlət-özəl əməkdaşlığı çərçivəsində 30 il müddətindən artıq olmamaq şərti ilə idxal olunan texnika, texnoloji avadanlıqların, hətta xammalın tariflərdən azad edilməsi məsələsidir. İkincisi, elektrik enerjisinin istehsalı, enerji təchizatı sahəsinə birgə əməkdaşlıq layihələri formatında yerli yaşıl enerji, təmiz enerji istehsalçılarına münasibətdə həmin istehsalçılar tərəfindən idxal olunan texnika və texnoloji avadanlıqların gömrük tarifindən azad olunması məsələsidir. Burada deyilir ki, yuxarı müddət 30 ildir. Üçüncü istiqamət isə Azərbaycanda 2025-ci ildən istehsalı nəzərdə tutulan yaşıl nəqliyyat vasitəsi hesab olunan avtobusların hissələrinin, avadanlıqlarının idxalını 8 il müddətində gömrük tariflərindən azad edilməsi məsələsidir”.
Ekspert imzalanan fərmanla bu istiqamətlər üzrə aidiyyəti orqanların fəaliyyətinin dəqiqləşdiyini də qeyd edib:

“Belə ki, dövlət-özəl əməkdaşlığı çərçivəsində fəaliyyətlərin icrası zamanı əsas təsdiqedici orqan İqtisadiyyat Nazirliyi, bu istiqamətdə çərçivələrin müəyyən edilməsində cavabdeh qurum isə Nazirlər Kabinetidir. Energetika Nazirliyi ölkədə fərdi qaydada enerji istehsalı ilə məşğul olan subyektlərə münasibətdə əsas müəyyənedici qurum hesab olunur. Nazirlər Kabineti gömrük güzəştlərinin təsirlərinin qiymətləndirilməsi ilə bağlı mexanizmin hazırlanmasında əsas məsul qurumdur. Ümumilikdə götürdükdə, bu dəyişikliklər gömrük tariflərindən verilən güzəştlərin əhatə dairəsinin genişlənməsinə səbəb olacaq. İlk növbədə, qeyd olunan üç əsas istiqamət üzrə dəyişikliklər tətbiq ediləcək. Bununla yanaşı, tariflərin dövlət büdcəsinə və iqtisadiyyata fiskal təsirlərinin qiymətləndirilməsi çərçivəsində gələcəkdə qeyri-səmərəli tarif güzəştləri ilə bağlı yeni siyasətlər müəyyən edilə bilər. Belə ki, bu siyasətlər çərçivəsində həmin güzəştlər azaldıla, əhatə dairəsi təkmilləşdirilə, yaxud tamamilə ləğv edilə bilər. Orta və uzunmüddətli dövrdə müvafiq təsirlər qiymətləndirildikdən sonra gömrük tariflərindən verilən güzəştlərin ya azaldılması, ya da yeni istiqamətlər üzrə və ya yeni formatda tətbiqi mümkün ola bilər. Xüsusilə iri sahibkarlıq subyektlərinin bu güzəştlərdən yararlanması üçün əlverişli imkanlar açır”.
Fidan
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO










