İyun ayından etibarən yanacaq doldurma DAYANDIRILIR: Sürücülər üçün gözlənilməz QƏRAR

Yeni qaydalara əsasən, 2025-ci il iyunun 1-dən etibarən Rusiyanın əksər yanacaqdoldurma məntəqələrində plastik qablara benzin doldurmaq qadağan edilir.
Avtosfer.az xəbər verir ki, qərar təhlükəsizlik tələbləri və ekspert tövsiyələri əsasında verilib.
Yay mövsümündə bağ və təsərrüfat işləri üçün benzinə tələbat artsa da, nazik plastik qablar statik elektrik yığdığı üçün yanğın riski yaradır. Metal kanistrlər bu məqsədlər üçün daha təhlükəsiz sayılır və yalnız onlara benzin doldurulmasına icazə veriləcək. Bir çox məntəqələrdə metal qutular yerində satılacaq.
Sürücülərə tövsiyə olunur ki, əgər avtomobildən kənar məqsədlər üçün yanacaq lazım olacaqsa, öncədən metal qabla təmin olunmaq vacibdir. Yeni qaydalar qəza risklərini minimuma endirməyi hədəfləyir.(News24.az)
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR












