Kənan Seyidovun təyinatı təsdiqləndi

Bir müddət öncə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidovun Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilməsi ilə bağlı məlumatlar yayılsa da, rəsmi təsdiqini tapmamışdı.
Avtosfer.az xəbər verir ki, K.Seyidovun bu gün Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclasında Əlahiddə Ümumqoşun Ordu Komandanı olaraq iştirakı ilə məlumat təsdiqlənmiş olub.
Belə ki, iclasda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidov və digər qoşun (qüvvə) növü komandanları da çıxış edərək birinci yarımilin yekunlarına dair yerinə yetirilən tədbirlər barədə ətraflı məlumat veriblər.
Qeyd edək ki, 2014-cü ildən Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev olub.
(qafqazinfo)
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












