“LG” şirkəti 2025-ci ilin ilk həftəsi süni intellektlə işləyən avtomobilini təqdim edəcək - FOTO

“LG” şirkəti “CES2025 (Consumer Electronics Show) sərgisində süni intellektə əsaslanan kabindaxili sensor həllini nümayiş etdirməklə sürücülük təcrübəsində təhlükəsizlik və rahatlığı artırmağı hədəfləyir. “Vision AI” tərəfindən dəstəklənən sistemlər sürücünün fiziki sağlamlığını və emosional vəziyyətini təhlil edərək yol təhlükəsizliyini artırmaq məqsədi daşıyır.
Avtosfer.az xəbər verir ki, süni intellektə əsaslanan kabindaxili sensor həlli - avtomobilin içərisindəki şəraiti optimallaşdırarkən, avtomobilin sərnişinlərinin ehtiyaclarını aşkar etmək və onlara cavab vermək üçün “Vision AI” həllindən istifadə etməklə sürücülük təcrübəsinə daha çox təhlükəsizlik və rahatlıq gətirmək üçün nəzərdə tutulub.

“Həyat 24/7 qayğıkeş intellektlə gözəldir” mövzusu altında bu süni intellektlə işləyən sensor həlli digər “LG” və “AI” yenilikləri ilə birlikdə şirkətin “CES” stendlərində nümayiş etdiriləcək.
Süni intellect Sürücü Monitorinq Sistemi (DMS) və Daxili Monitorinq Sistemi (DIMS) vasitəsilə real vaxt rejimində həm sürücünü, həm də avtomobilin salonunu aşkar edib təhlil etməklə başlayır.

Bu simulyasiyalar “LG”-nin bu texnologiyası sürücünün vəziyyətini necə dəqiq təhlil edə biləcəyini vurğulayaraq, süni intellektlə təchiz edilmiş avtomobildə təcrübənin praktiki baxışını təqdim edəcək.
“LG”-nin mobillik innovasiyası ilə bağlı vizyonunun əsasını təşkil edən süni intellektlə təchiz edilmiş kabin daxili sensor həlli intuitiv şəkildə fərdi seçimlərə və ehtiyaclara uyğunlaşırdır. DMS real vaxtda ürək döyüntüsünü üz ifadəsinin tanınması vasitəsilə sürücünün fiziki sağlamlığını və emosional vəziyyətini müəyyən edə bilər. Eyni zamanda bu sistem istifadəçiləri onların sayıqlıq səviyyəsi və ümumi sağlamlıqları barədə xəbərdar etməklə yol təhlükəsizliyini yaxşılaşdırmağa kömək edir. “LG” şirkətinin prezidenti Eun Seok-hyun sonda bildirib ki, bu texnologiya ilə sürücülərə və sərnişinlərə performans, keyfiyyət və çeviklik təmin edəcəyik.
Eltac
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












