Metroda bank kartı ilə ödəniş aktivləşdi

Bank kartları ilə metroda ödəniş üçün pilot layihə kimi hazırda “birbank” mobil tətbiqində ödəniş mümkündür.
Avtosfer.az-ın “News24.az”a istinadən məlumatına görə, “Birbank” mobil tətbiqinə daxil olaraq “ödənişlər” kateqoriyasına keçid etdikdə “operatorlar” bölməsinin altında “Bakıkart” bölməsi görünəcək. Həmin bölməyə daxil olaraq bank kartınızda olan vəsaitlə “QR biletlə” ödəniş üsulunu aktivləşdirib metroda ödəniş edə bilərsiniz.
"Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edilə bilən üsul artıq metronun bütün stansiyalarında mövcuddur.
Qeyd edək ki, hazırda mövcud olan “QR biletlə” ödəniş üsulu bank kartlarından sadəcə “Birbank”da mövcuddur. Digər bank kartlarında hələlik bu sistem tətbiq olunmur.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












