Naxçıvanda yeni direktor təyinatları olub

Ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.
Bu barədə Avtosfer.az-a Naxçıvan Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb:
"Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.
Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.
Nəticədə 6 nəfər uğur qazanmış onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.
Uğur qazanan namizədlərdən, Həsən Məmməd oğlu Həsənov Heydər Əliyev adına tam orta məktəbə, Günel Mirməhəmməd qızı Quliyeva Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Səfa Ruhulla oğlu Əliyev Şərur şəhər 2 nömrəli tam orta məktəbə, İlahə Aydın qızı Cəfərova Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar".
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












