Ölkəmizdə ünvan lövhələri və istiqamət dirəklərinin istehsalına başlanılıb

Azərbaycanda nəqliyyat infrastrukturu obyektlərinin adını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələri və istiqamət dirəklərinin istehsalına başlanılıb.
Bunu “NB Holdinq” Açıq Səhmdar Cəmiyyətinin Marketinq departamentinin direktoru Mahir Quliyev deyib.
Onun sözlərinə görə, 20 ildir fəaliyyət göstərən şirkət Azərbaycanda bu məhsulların yeganə istehsalçısıdır: “Əsas sifarişçilərimiz dövlət qurumlarıdır. Müəyyən dövlət proqramları çərçivəsində sifarişləri həyata keçirməklə işə başlamışıq. Ancaq özəl qurumların, ərazilərdə təmir-tikinti işləri aparan podradçı şirkətlərin də sifarişlərini həyata keçirə bilərik”.
Departament direktoru əlavə edib ki, ünvan və informasiya lövhələrinin yerli istehsalının təşkili üçün zavodda Niderland Krallığının “Rimas Technology Group” şirkəti tərəfindən Avropa və Yaponiya istehsalı olan rəqəmsal çap avadanlığı və müvafiq avadanlıqlar quraşdırılıb. İstehsal olunan məhsulların keyfiyyəti Avropa standartlarına tam cavab verir. Ünvan və informasiya lövhələri günəş şüalarına qarşı dayanıqlıdır. Zavodda məhsulun istehsalı və keyfiyyətinə nəzarət onlayn sistem vasitəsilə Niderland Krallığı mütəxəssisləri tərəfindən həyata keçirilir.
İstənilən həcmdə sifarişi yerinə yetirməyə qadir olan zavod hazırda istehsal gücünün 30-40 faizi qədər məhsul istehsal edir. Bakıda yerləşən müəssisənin illik istehsal gücü təxminən 1 milyon kvadratmetrdən yuxarıdır.
“Hələ ki, yerli bazarın tələbatını ödəyirik. Amma ixrac imkanları olarsa, dəyərləndirə bilərik”,- deyən zavod rəsmisi xammalı Hollandiya və Belçikadan aldıqlarını, məhsullarına 10 il zəmanət verdiklərini söyləyib.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












