Paytaxtdan Xırdalana ekspress marşrut xətti açılır - “Xaliq Faiqoğlu” xidmət göstərəcək

Çoxsaylı müraciətlər və sərnişin tələbatına əsasən oktyabrın 17-dən Xırdalan şəhəri ilə paytaxtın mərkəzini birləşdirən yeni E-2 ekspress marşrut xətti fəaliyyətə başlayacaq. Xırdalanda “120 dairəsi” – Köhnə bazar – Masazır dairəsi və metronun 20 Yanvar stansiyalarını birləşdirəcək xətt üzrə 10 iritutumlu müasir tipli “İsuzu Citiport” markalı avtobus xidmət göstərəcək.
Yeni ekspress xəttin fəaliyyətə başlaması Xırdalan şəhəri istiqamətində sərnişinlərin mövcud tələbatını qarşılamaqla gündəlik 10-12 min sərnişini daha rahat və əlçətan ictimai nəqliyyat xidməti ilə təmin edəcək. Xətt üzrə “Xaliq Faiqoğlu” şirkəti xidmət göstərəcək, interval 8 dəqiqə, gedişhaqqı tarifi isə 60 qəpik müəyyən edilib. “Xaliq Faiqoğlu” şirkətindən bildirilib ki, Bakı-Sumqayıt yolunda avtobus zolağının çəkilməsi bu istiqamətdə ictimai nəqliyyatın təşviqi baxımından böyük rol oynayır və hər gün onminlərlə sərnişinin daha sürətli və rahat şəkildə daşınmasına dəstək göstərir. Yeni açılan marşrut xətti də bu zolaqdan istifadə etməklə ictimai nəqliyyat infrastrukturuna əhəmiyyətli töhvə verəcək.

Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












