Qarabağ Universitetində yeni akademiya yaradılır

Elm və Təhsil Nazirliyi və "Cisco" şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində "Cisco" Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. "Cisco" Şəbəkə Akademiyasında informasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.
Akademiyada dərslər "Cisco" şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.
Təlimlər sayəsində tələbələr, həmçinin "Cisco" sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












