Qazaxıstan Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edib

Qazaxıstan Astananın 1 saylı sənaye zonasındakı müəssisədə istehsal olunan 80 yük elektrovozu seksiyasını Azərbaycana ixrac edib.
Avtosfer.az-ın “Report”a istinadən xəbər verir ki, müəssisəni sənayeləşdirmə proqramı çərçivəsində Fransanın “Alstom” şirkəti istifadəyə verib.
Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün lokomotiv gövdələri, transformatorlar, aşağı və yüksək voltlu şkaflar və s. istehsal edən müəssisəyə baş çəkib.
"Prezidentə məlumat verilib ki, müəssisədə "Qazaxıstan Dəmir Yolları" üçün 380 yük və 70 sərnişin elektrovozu və onların komponentləri istehsal edilib. Bundan əlavə, Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edilib", - məlumatda bildirilib.
Hazırda “Alstom” Astana, Almatı, Şu və Arısda xidmət mərkəzlərinin tikintisinə sərmayə qoyur ki, bu da əlavə 700 iş yerinin açılmasına töhfə verəcək.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












