Qış parkındakı bütün eskalatorlar işə salındı - VİDEO

Bir neçə ildir ki, Qış parkının ərazisində və ətrafında yerləşən eskalatorların işləməməsi paytaxt sakinlərinin narahatlığına səbəb olurdu.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq parkdakı bütün eskolatorların işlək vəziyyətə gətirilməsi təmin edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda ərazidəki 24 eskolatorun hamısı işlək vəziyyətdədir:
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq, AYNA-nın nəzarətində olan yeraltı dayanacaq məntəqələrində eskalatorların və liftlərin işlək vəziyyətə gətirilməsi istiqamətində iş aparılır.
Artıq Qış parkının altındakı avtodayanacaqdakı mövcud 24 eskalatorun hamısı tam işlək vəziyyətə gətirilib. Dövlət Proqramına uyğun olaraq, Bakı şəhərində mobillik strategiyası çərçivəsində piyada infrastrukturunun yaradılması, şəhər mühitinin sakinlər üçün daha rahat və təhlükəsiz hala gətirilməsi istiqamətində işlər davam etdirilir”.
Yeni lüğətdə hansı sözlərə yer verilməyəcək? – AÇIQLAMA
Qaradağda yeni körpü TİKİLİR
Bakı-Qazax yolu ilə gedib-gələnlərə ŞAD XƏBƏR - VİDEO
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir












