Qubadlının bir kəndində üç milyonluq layihə icra olunacaq

Qubadlı rayonunun Xanlıq kəndinin şaquli planlama üzrə torpaq işlərinin həyata keçirilməsinə başlanılır.
Avtosfer.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat əldə edib.
Sözügedən işləri "19 saylı Tikinti Təmir İdarəsi" MMC həyata keçirəcək.
Xidmətlə MMC arasında görüləcək işlərlə əlaqədar olaraq 3,19 milyon manatlıq müqavilə bağlanacaq.
Qeyd edək ki, rayonda Həkəri çayının sahilində yerləşən Xanlıq kəndi yenidən qurulacaq. Kənd işğal dövründə tamamilə dağıdılıb və burada yaşayış evləri və infrastruktur yararsız vəziyyətə salınıb.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən ötən ilin mayın 4-də Xanlıq kəndinin təməli qoyulub. I mərhələdə Xanlıq kəndində iki, üç, dörd və beş otaqlı fərdi yaşayış evlərinin, inzibati binaların və ictimai-iaşə obyektlərinin tikintisi planlaşdırılır. Burada əhalinin dayanıqlı məskunlaşması üçün hər şərait yaradılacaq.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












