Banner

"Dedi ki, bibimin vəziyyəti pisdir" - Taksi sürücüsünə qarşı quldurluq etdi

Hadisə 25 Noyabr 2026 14:23
"Dedi ki, bibimin vəziyyəti pisdir" - Taksi sürücüsünə qarşı quldurluq etdi
WhatsApp kanalımıza abunə olun

Taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən Anar İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib. 

Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilib. 

"Nicatın maşınına mindim. Danışmaq üçün telefonu istədim. Ancaq sonra vermədim. "iPhone" markalı telefon idi. Zərərçəkmiş adam deyir ki, kabronun altında min manat olub, amma yalan deyir. Həmin telefonu 420 manata satdım. Maddi sıxıntılarım var idi. Sonra o telefonda həmin şəxsin tanışlarına yazaraq kartımı atdım və özümə pul göndərtdirdim". 

Zərərçəkmiş Nicat Məsimzadə taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirib. 

"Dedi ki, bibimin vəziyyəti pisdir, təcili onu götürmək lazımdır. Bildirdi ki, artıq pul verəcəm bibim yaşlı adamdı qapıya kimi sür. Sonra telefonu maşında yerə çırpdı və dedi ki, "zaryatkam" bitdi. Məndən telefonu istədi. İnsanlıq edib verdim. O da maşından düşüb telefonla danışa-danışa məhləyə keçdi. Bu adam telefonumda qohumlarıma sms yazaraq mənim adımdan pul istəyib. Telefonumun kabrosunun altında 1000 manat var idi. Telefonumu 3 min 600 manata almışdım. İstintaqda işlənmiş olduğu üçün 1500 manat qeydiyyata alınıb. 2500 mənə ziyan dəyib, onu ödəsə təqsirləndirilən şəxsdən şikayətçi olmayacam. 

Məhkəmənin növbəti iclası dekabrın 16-na təyin edilib. 

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 181.2.5-ci (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə quldurluq) maddələri ilə ittiham irəli sürülüb. 

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh