Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemləri dəyişdirilir

"28 May" Nəqliyyat Mübadilə Mərkəzində aparılan təmirlə əlaqədar avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilir.
Bu barədə Avtosfer.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, metronun "28 May" stansiyası və Bakı Dəmiryol Vağzalının qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.
Dəyişikliyə əsasən, iyunun 20-dən etibarən 14 avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir:
- 1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);
- 21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı);
- 14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
- 4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yanı) təyin edilib.



İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR












