Sianda Qazaxıstan-Çin terminalının açılması TBNM ilə Çindən yük tranzitini artırıb

Sian quru limanında Qazaxıstan-Çin terminalının açılması nəticəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Çindən yük tranziti artıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu "KazaxstanTemirJolı" (KTJ) Milli Şirkətinin İdarə Heyətinin sədri Nurlan Sauranbayev Prezident Kasım-Jomart Tokayevə hesabat verərkən bildirib.
N.Sauranbayev qeyd edib ki, 2024-cü ildə əsas istehsal göstəricilərinin artım dinamikası müsbət olaraq qalır. Qazaxıstan-Çin sərhədlərindən rekord həcmdə - 32 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 13,1 % çoxdur. Konteyner tranziti 8,8 % artaraq 1,4 milyon TEU-ya çatıb", - o qeyd edib.
Bundan başqa, KTJ rəhbəri vurğulayıb ki, Sian quru limanında Qazaxıstan-Çin terminalının işə salınması TBNM ilə Çindən yük tranzitinin artmasında əsas rol oynayıb.
N.Sauranbayev həmçinin Prezidenti Şərq-Qərb istiqamətində: Almatı, Azərbaycanın Ələt dəniz limanı, Budapeşt və Moskva yaxınlığındakı Selyatino qəsəbəsində yeni terminalların tikintisinin başlanması barədə məlumatlandırıb.
"Çinin Lyanyunqan limanı ilə birlikdə Aktau limanında konteyner habının tikintisinə başlanılıb", - sədr əlavə edib.
Onun sözlərinə görə, şirkət infrastrukturun inkişafına, terminal şəbəkəsinin genişləndirilməsinə və rəqəmsal həllərin tətbiqinə xüsusi diqqət yetirir.
Prezident Tokayev öz növbəsində, bu istiqamətlərdə işlərin aktivləşdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, qarşıya qoyulan tapşırıqların sistemli şəkildə yerinə yetirilməsi Qazaxıstanın Avrasiyanın əsas tranzit qovşağı kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










