Şikayətlərə səbəb olan yol əsaslı təmir olundu - FOTO

Şəmkir rayonunun Çinarlı qəsəbəsində yerləşən, həmçinin Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi ilə əlaqəsini təmin edən Nizami Gəncəvi küçəsində avtomobil yolunun əsaslı təmiri işləri aparılıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, görülən işlər zamanı yararsız yol örtüyü qazılaraq çıxarılıb, qum-çınqıl qatışığından və qırmadaşdan əsaslar hazırlanıb, standartlara uyğun olaraq iri və xırda dənəvərli asfalt örtüyü çəkilib.
Eyni zamanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə asfalt örtüyü üzərində müvafiq xətlənmə işləri aparılıb.
Qeyd edək ki, qəsəbənin yolları uzun illər bərbad vəziyyətdə olub və sakinlərin haqlı narazılığına səbəb olub. Ərazidə yerləşən yolların təmir olunması sakinlər tərəfindən məmnunluqla qarşılanıb.
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
















