Banner

Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA

Yeniliklər 16 Noyabr 2026 15:48
Sumqayıtın Baş planında Yaşıl dərə ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda son illər şəhərin yenilənməsi istiqamətində müxtəlif tikinti və yenidənqurma işləri aparılır. 
Avtosfer.az xəbər verir ki, xüsusilə köhnə yaşayış binalarının sökülərək yerində müasir binaların inşası diqqət çəkir. Bu dəyişikliklər şəhərin memarlıq görünüşü ilə yanaşı, sakinlərin yaşayış şəraitinə də təsir göstərir. Bəs fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı hansı planlar var, bu ərazilər müəyyənləşdirilib və sakinlərlə müzakirələr aparılıbmı?
Mövzu ilə Sumqayıt Şəhər İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərinin Baş planına uyğun olaraq, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması və şəhər mühitinin yenilənməsi məqsədilə mərhələli şəkildə yenidənqurma işləri həyata keçirilir: 
"İstismar müddətini başa vurmuş köhnə yaşayış binalarının yerində müasir tələblərə cavab verən yeni yaşayış binaları inşa olunur. Hazırda işlər şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində planlı və ardıcıl şəkildə davam etdirilir. Gələcəkdə şəhərin digər məhəllələrində də analoji işlərin mərhələli şəkildə aparılması nəzərdə tutulur".
Memar Cahid Həsənovun fikrincə isə, Sovet dövründən qalmış binaların sökülməsi və onların yerində hündürmərtəbəli binaların inşası təkcə Sumqayıtın memarlığına deyil, Azərbaycan memarlığına da gözəl bir töhfədir:


"Göydələnlər dedikdə, burada 15-20 mərtəbəli binalar nəzərdə tutulur. Təbii ki, bu binalar Sovet dövründə inşa olunub və artıq istismar müddətini başa vurub. Onlar müasir dünya memarlığının standartlarına cavab vermir. Belə binaların pəncərələri dar, tikililər bir-birinə yaxın və sıx yerləşib. Həmçinin həyətlərində yaşıllıq zolaqları və parklanma yerləri nəzərdə tutulmayıb. Bu binaların sökülməsi və yerində müasir standartlara uyğun yeni tikililərin inşa olunması təbii ki, sevindirici haldır. Yeni tikililərdə binalar arasındakı məsafə, yaşıllıq zolaqları, parklanma yerləri, təbii işıqlandırma və fasadın görünüşü nəzərə alınır. Bunlar Sumqayıtın müasir şəhərsalma baxımından inkişafına mühüm töhfədir və bu istiqamətdə işlərə artıq başlanılıb. Bu dəyişikliklər cəmiyyətlə yanaşı, memarlar tərəfindən də gözlənilən idi. Yeni dövrün tələblərinə uyğun tikinti texnologiyalarının tətbiqi və müasir üzlük materiallarından istifadə Sumqayıtın şəhər görünüşünün dəyişməsinə şərait yaradacaq. Bu binaların hündürlüyü, fasad görünüşü, parklanma yerləri müasir standartlara uyğun olacaq. Həmçinin binaların arasında kiçik parkların salınması da nəzərdə tutulur. Bunlar göstərir ki, Bakıda tətbiq olunan tikinti tempi və keyfiyyəti artıq Sumqayıtda da tətbiq edilir".

Züleyxa

Oxunub : 54
ŞƏRH YAZ
Ad

E-mail

Şərh