Banner

İşdən çıxarılan generala yeni vəzifə verildi

Yeniliklər 16 Noyabr 2026 14:53
İşdən çıxarılan generala yeni vəzifə verildi
WhatsApp kanalımıza abunə olun

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin keçmiş rəis müavini general-mayor Zaur Abdullayevin yeni vəzifəsi məlum olub.

Avtosfer.az xəbər verir ki, general-mayor Zaur Abdullayev Dövlət Sərhəd Xidmətinə (DSX) keçid edib.

Belə ki, hazırda general DSX Xüsusi Mətkəbinin rəisi vəzifəsini daşıyır. Z. Abdullayev yaxın zamanlarda bu vəzifəyə təyin olunub.

Xatırladaq ki, general-mayor Zaur Abdullayev uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışıb. 2023-cü ildə xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Zaur Abdullayev qalmaqallı general kimi yadda qalıb. Onun 10 il ərzində baş leytenant rütbəsindən general rütbəsinə yüksəlməsi müzakirələrə səbəb olmuşdu./sfera.az

Oxunub : 128
ŞƏRH YAZ
Ad

E-mail

Şərh