Banner

Qaydaları bilməyən sürücü eyni maşına ard-arda qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 16 Noyabr 2026 15:30
Qaydaları bilməyən sürücü eyni maşına ard-arda qəza şəraiti yaratdı   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ard-arda qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 15-də axşam saatlarında qeydə alınıb.

Belə ki, 99-QG-267 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü əvvəlcə Abidə döngəsi adlanan ərazidə dairə boyunca hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək onun üçün qəza şəraiti yaradıb.

Bir müddət sonra o, Yəhya Hüseynov küçəsində manevr qaydasını pozaraq yenidən həmin sürücünün hərəkətinə mane olub. Görüntülərdən aydın olur ki, solda dayanan “Changan” sağ zolaqda hərəkət edən avtomobili nəzərə almadan zolaq dəyişməyə cəhd edib.

Qeyd edək ki, ikinci hadisədən sonra qarşı tərəfin sürücüsü yaxınlaşaraq iradını bildirib. “Changan”ın sürücüsü isə cavabında kifayət qədər sürücülük təcrübəsinin olmaya biləcəyini deyib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228892.html

 

 

Oxunub : 94
ŞƏRH YAZ
Ad

E-mail

Şərh