Banner

Deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi

Gündəm 16 Noyabr 2026 15:36
Deputat mediaya ayrılan vəsaitin artırılmasını təklif etdi
WhatsApp kanalımıza abunə olun

"Milli düşüncəni və milli düşüncə platformasının keyfiyyətini təyin edən mediadır, televiziyalardır, media yayımıdır. Bura ayrılan məbləğ 68 milyon 369 min manatdır. Mən ötən illə müqayisə etmək istəmirəm, çünki xeyli azalıb".

Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Məmmədov deyib.

"Bir gün əvvəl Media Yayım Şurası Fransa mənşəli informasiya subyektinin Azərbaycana qarşı təxribatları ilə bağlı paylaşım etdi. Bunlar elə ideoloji təxribatlardır və ideoloji təhlükəsilzikdir. Belə olan halda, məsələn, 68 milyonun 53,5 milyonu televiziyalara, 14,5 milyonu media yayıma ayrılır. Gələcəkdə biz nələrdənsə alıb bura verə bilərik və yaxud müstəqil bir mənbə kimi bu sahələri daha da gücləndirə bilərik. Çünki bu gələcəyin çağırışıdır", - deyə deputat bildirib.

Oxunub : 26
ŞƏRH YAZ
Ad

E-mail

Şərh