Müdafiə və milli təhlükəsizliyə ayrılacaq məbləğ açıqlandı

“Növbəti ildə müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 20,8 faizi həcmində və ya 8,8 mlrd. manat məbləğində vəsait nəzərdə tutulur”.
Avtosfer.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
“Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 748 mln. manat və ya 9,3 faiz çoxdur. Dövlətimizin ən önəmli prioritetlərindən biri kimi işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərin davam etdirilməsi üçün maliyyə təminatı tam şəkildə nəzərdə tutulub.
Bundan başqa, 2027-ci ildə sosialyönlü xərclər əsas prioritetlər sırasındadır və dövlət büdcəsi xərclərinin 44,2 faizi, yaxud 18,7 mlrd. manat sosialyönlü xərclərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 3,5 mlrd. manat və ya 22,8 faiz çoxdur”.
Nazir qeyd edib ki, 2023-cü illə müqayisədə 2027-ci ildə sosialyönlü xərclər mütləq ifadədə isə 4,4 mlrd. manat və ya 30,6 faiz çox olacaq.
Sosial müdafiə və sosial təminat xərcləri üçün gələn ilin dövlət büdcəsi xərclərinin 11,6 faizi həcmində və ya 4,9 mlrd. manat vəsait nəzərdə tutulur ki, bu da 2025-ci ilin icra göstəricisinə nisbətən 360 mln. manat və ya 7,9 faiz çoxdur.
İcmal büdcənin sosial müdafiə və sosial təminat xərcləri isə 12,9 mlrd. manat proqnozlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 2.2 mlrd. və ya 21 faiz çoxdur.
İcmal büdcənin səhiyyə xərcləri isə 4 mlrd. manat olacaq, bu da 2025-ci ilə nisbətən 1 mlrd. manat və ya 36 faiz artım deməkdir.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












