Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcək? – EKSPERT AÇIQLADI

Avtomobillərin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması qaydasında dəyişikliklər olunub.
Bununla bağlı Mərkəzi Bankın yaydığı məlumatda qeyd olunub. Qərara əsasən, avtonəqliyyat vasitəsi taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün istifadə edildikdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi bağlanarkən ödənilməli olan birillik sığorta haqqı məbləğinin hesablanması üçün 1.5 əmsalı tətbiq ediləcək.
Avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumatın müəyyən edilməsi mümkün olmadıqda nəzərdə tutulmuş əmsalın tətbiqi sığorta müqaviləsi bağlanarkən sığortalının könüllü bəyanı əsasında həyata keçiriləcək.
Mövzu ilə bağlı İcbari Sığorta Bürosundan Avtosfer.az-a verilən məlumatda qeyd edilib ki, sözügedən 1,5 əmsal sığorta müqaviləsi bağlanarkən avtonəqliyyat vasitəsinin taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və buraxılış kartı barədə məlumat mövcud olduğu halda tətbiq edilir.

“Başqa sözlə, sığorta haqqının hesablanması mexanizmində hər hansı dəyişiklik edilməmişdir. Yəni sığorta haqqı əvvəlki kimi nəqliyyat vasitəsinin növü, istifadə edildiyi ərazi, istismar müddəti, sığortalının bonus-malus sinfi, yaşı və təcrübəsi, avtonəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxslərin sayı, habelə mülkiyyətçinin hüquqi şəxs olmasına görə müəyyən edilən əmsallar əsasında hesablanır. Sadəcə, avtonəqliyyat vasitəsi taksi minik avtomobili kimi sərnişin daşımalarında istifadə edildiyi halda qeyd olunan əmsallarla yanaşı əlavə olaraq 1.5 əmsalı da tətbiq edilir”.
Taksi sürücüləri üçün tətbiq ediləcək yeni sığorta qaydalarını şərh edən sığorta eksperti Emil Ağababayev Avtosfer.az-a açıqlamasında bildirib ki, ənənəvi icbari avtomobil sığortası əvvəlki əmsallar olduğu kimi qalıb. Sadəcə taksi fəaliyyəti ilə məşğul olanlar üçün yeni əmsallar tətbiq ediləcək.

“Yəni, əvvəllər müəyyən kateqoriyalar üzrdən asılı olaraq əmsallar tətbiq edilirdi, elə indi də bu davam edəcək. Dəyişən tək məsələ rəsmi taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün əvvəlki əmsallarla yanaşı 1,5 əmsal tətbiq edilməsidir. Çünki inteqrasiyalar yalnız rəsmi taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün nəzərdə tutulub. Yəni ki, sürücülər 1 avtomobilin illik sığortası üçün 50 manat ödəyirdisə, qeyd olunduğu kimi, rəsmi taksi fəaliyyəti ilə məşğul olanlar 1,5 əmsalla 75 manat ödəyəcək. Bu 25 manat əlavə ilə olan sığorta haqqı illik olaraq ödənəcək. Meydana gələn illik 25 manat əlavə ödənişin taksi fəaliyyəti ilə məşğul olan sahibkarlar və sürücülər üçün ciddi fərq yaradacağını düşünmürəm. Çünki taksi fəaliyyəti üçün adətən aşağı mühərrikli avtomobillərdən istifadə edilir. Bu cür avtomobillərin illik baza qiyməti təxminən 50-60-75 manat civarında olur. Hətta nəzərə alsaq ki, həmin sürücülər hansısa hadisə törətmədikləri halda onlara endirimli, bonus qiymət tətbiq olunursa, o zaman məbləğ daha çox olacaq. Sadəcə əvvəllər 40 manat ödəyənlər indi 60, 50 manat ödəyənlər 75 manat ödəmiş olacaq”.
Səfər
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO










