Telegram-a yeni faydalı funksiyalar əlavə edilib

Telegram-ın yeni versiyası istifadəçilərə bəzi faydalı funksiyaları təqdim edib. Belə ki, messencerin yeni versiyasında canlı yayımların imkanları genişləndirilib, hər hansısa mesajı digər şəxsə göndərən zaman həmin mesajı ilk göndərmiş şəxsin adının silinməsi özəlliyi istifadəyə verilib və kanallardakı oxunmamış paylaşımlar arasındakı sürətli keçid imkanı reallaşdırılıb. Telegram-ın yenilənməsindən sonra istifadəçilər limitsiz sayda olan insanlara canlı yayım edə bilərlər. Beləliklə istənilən adamın milyonlarla istifadəçidən ibarət kanalında canlı yayımlar keçirtmək mümkün olacaq. Bundan əlavə olaraq istifadəçilər kanalın administratorunun icazəsi ilə canlı yayımda iştirak edə biləcəklər.
Digər bir yenilik isə artıq qəbul edilmiş mesajın digər şəxsə göndərilməsi zamanı təqdim olunan imkanlar ilə bağlıdır. Belə ki, istifadəçi mesajı ilk göndərmiş şəxsin adını mesajdan və ya media kontentdən silə bilər. Yeni Telegram versiyasında kanallar arasındakı sürətli keçid imkanı reallaşdırılıb. Bundan sonra kanallardakı mesajlara baxmaq üçün çat siyahısına geri dönüş etmək lazım olmayacaq. Hər hansısa kanalın oxunmamış mesajına keçid etmək üçün sadəcə olaraq messencer ekranını yuxarı istiqamətdə sürüşdürmək lazım gələcək. Messencerə həmçinin yeni animasiyalı emojilər əlavə edilib.///technote
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












